Fikirlərinizi bizimlə bölüşün

 Sizdən gələnlər

  Saida yazır:
"Salam men ferdi hazirlawmaq isteyirem,bunun ucun hansi kitablardan istifade edeceyimi bilmirem.Zehmet olmazsa bu haqda melumat vererdiniz."
14:53:44 23/07/2014
  Rəşad Həsənov yazır:
"Salam, Saida xanım! Magistr 1 jurnalında sizə lazım olan bütün ədəbiyyatların siyahısı verilmişdir. Mən sizə TQDK-nın müvafiq dərsliklərini məsləhət görürəm."
18:07:08 23/07/2014
  Aynur yazır:
"salam men hal hazirda iqtisad universitetinde Dunya iqtisadiyyati fakultesi gomruk isinin teskili ixtisasi uzre sonuncu kursam men magistraturaya BIM in ixtisaslari uzre imtahan vereceyem? "
09:35:24 09/08/2014
  Rəşad Həsənov yazır:
"Salam, Aynur xanım! Siz İstehlak mallarının ekspertizası və marketinqi və Dünya iqtisadiyyatı sahələrinə aid olan ixtisasları, habelə MBA, TEMPUS və Turizm ixtisaslarını seçə bilərsiniz."
07:34:04 12/08/2014
  VUQAR yazır:
"Salam men magisturaturaya hazirlasmaq isteyirem bilmek isteyirem magisturada hansi fenlere hazirlasacam? Ve harada hazirlasmaq olar men uni-tim gencededi gencede bele bir kurs var?"
08:00:23 30/08/2014
  Rəşad Həsənov yazır:
"Salam, Vüqar bəy. Siz I mərhələ üçün Məntiq, İnformatika və Xarici dil, II mərhələ üçün isə ixtisasınız olan fənn yaxud Pedaqogika, MBA proqramı üçün isə Riyaziyyat və GMAT üzrə hazırlaşmalısınız."
04:37:40 02/09/2014
  Konul yazır:
"Salam..Zehmet olmasa melumat vererdiniz mentiq ve informatikadan magistraturaya hazirlasmaq ucun hansi kitablardan hazirlasmaq lazimdir?Muellifleri kimlerdi?"
05:57:01 14/09/2014
  Rəşad Həsənov yazır:
"Salam, Könül xanım! İnformatika üzrə TQDK-nın İnformatika dərsliyini, Məntiq üzrə də, həmçinin TQDK-nın Məntiq Testləri nəşrini tövsiyyyə edirəm. Daha çox ədəbiyyat üçün Magistr 1 jurnalına baxa bilərsiniz."
06:43:16 16/09/2014
  gultac yazır:
"Salam,bu saytda distant dersler verilirmi?eger verilirse bu proses nece aparilir?zehmet deyilse melumat vererdiniz."
23:04:06 17/09/2014
  Rəşad Həsənov yazır:
"Bu saytda dərslər istifadəçilərə dərsliklər, izahlar və testlər avtomatik rejimdə təqdim olunur. Geniş məlumat üçün sorğunuzu magistr@ccess.info elektron poçtuna göndərin."
03:07:01 19/09/2014


Adınız:
Emailiniz:
Şərh:
Kod: aes429 kodunu soldakı yazı sahəsinə daxil edin.