Bugün TQDK sınaq imtahanı keçirir

Gəncə şəhərində iki məntəqədə baş tutacaq imtahana maraq çox böyükdür. Gəncə şəhərinin ali təhsil ocaqlarının tələbələri bu sınaq imtahanına qəbul imtahanı gözü ilə baxırlar. Odur ki, böyük ümidlərlə sınaq imtahanının keçiriləcəyi məntəqələrə üz tutan tələbələr yüksək nəticələr uğrunda öz bilik və bacarıqlarını ortaya qoymağa hazırdırlar.

Dərc edilib: 09:00:15 17/02/2013