Bakalavrların proqram seçiminə start verildi

“BAKALAVRIN ELEKTRON ƏRİZƏSİ"NDƏ
QƏBUL PROQRAMININ SEÇİMİ VƏ TƏSDİQİ ÜÇÜN TƏLİMAT
Bakalavr:
- ilk növbədə bitirdiyi bakalavr ixtisasına müvafiq qəbul proqramını (bax: “Magistr” jurnalı, №3, 2013-cü il) müəyyənləşdirir;
- tqdk.gov.az/erizemag internet səhifəsinə daxil olur, özünə məxsus olan iş nömrəsini və şifri müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;
- bakalavr üçün məlumatı oxuyur;
- əgər imtahanın birinci mərhələsindən sonra şəxsiyyət vəsiqəsi dəyişilibsə, ekrandakı “Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, buranı sıxın” düyməsini basmaqla şəxsi məlumatlarında düzəlişlər aparır;
- seçdiyi qəbul proqramının nömrəsini siyahıdan seçir;
- ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü və tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;
- "Ərizəni yadda saxla" düyməsini basır;
- proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barəsində məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;
- proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, bakalavr ekranda açılan pəncərədə daxil edilən məlumatların yadda saxlanılması haqqında məlumatı oxuyur, sonra “Məlumatı oxudum” düyməsini basır. Ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;
- bakalavr "Ərizəni təsdiq et" düyməsini basaraq qəbul proqramını və ixtisaslaşma seçimini təsdiq edir.

Ərizə təsdiq edildikdən sonra ekrana ərizənin təsdiq edilməsi haqqında məlumat və yeni səhifədə təsdiq edilmiş ərizənin çap variantı çıxır.


Dərc edilib: 13:21:12 03/06/2013