Magistraturaya sənəd qəbulu və imtahanların vaxtı açıqlanıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizələrin qəbulu 11-20 fevral 2014-cü il tarixlərdə aparılacaq.
Magistraturaya qəbul imtahanlarının 1-ci mərhələsı 2 mart 2014-cü il tarixdə keçiriləcək.
Bu mərhələni uğurla keçənlər üçün 01-05 may 2014-cü il tarixlərdə Magistraturaya proqram seçimi aparılacaq.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının 2-ci mərhələsi isə 25 may 2014-cü il tarixdə keçiriləcək.
Hər iki mərhələdə uğur qazananlar 29 may – 01 iyun 2014-cü il tarixlərdə keçiriləcək Magistraturaya ixtisaslaşma seçimində iştirak edə biləcəklər.


Dərc edilib: 15:16:19 05/02/2014