23 fevral 2014-cü il tarixdə sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistaratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsində təqdim etdiyi suallara uyğun suallar əsasında keçiriləcək. Bu dəfə də iştirakçılara 50 ədəd ümumi intellektin inkişaf səviyyəsini yoxlayan, 25 ədəd İnformatika üzrə bilikləri yoxlayan, 25 ədəd isəXarici dili bilmə səviyyəsini yoxlayan cəmi 100 ədəd sual təqdim ediləcək. Hər bir istiqamət üzrə suallardan 5-i açıq tipli test tapşırığı olacaq.
Tələbələrin öz potensial imkanlarını düzgün qiymətləndirmələri üçün bu əla və son imkan olacaq.


Dərc edilib: 08:03:23 21/02/2014