Bugün beşinnci sınaq imtahanı günüdür.

Bu sınaq imtahanının məqsədi ilk növbədə tələbələrin mürəkkəb ququluşlu test tapşırıqlarının həllinə hazırlıq dərəcələrini yoxlamaqdır. Bu sınaq imtahanının nəticələrinin analizi onların qəbul nəticələrinin proqnozlaşdırılmasına imkan verdiyindən, sınağın əhəmiyyəti ikiqat artmış sayılır.
Sualların çətinlik dərəcəsinə görə qəbul imtahanından üstün olan bu sınaqdan uğurla keçənlər həm də qəbul imtahanında çətin hesab olunan test tapşırıqlarının öhdəsindən asanlıqla gələ bilərlər.
Bu sınaq imtahanının strukturu da digər sınaq imtahanları kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi struktur modelinə uyğundur.


Dərc edilib: 08:36:58 23/11/2014