18.01.2015-ci il tarixdə yeni ilin ikinci sınaq imtahanı keçiriləcək

Hazırlıq dövrünün 9-cu, yeni ilin isə 2-ci sınaq imtahanında iştirakçılara 100 test sualından ibarət sual kitabçası təqdim olunacaq. Bu suallardan 50-si Məntiqi təfəkkürün yoxlanılması, 25 ədədi İnformatika üzrə biliklərin yoxlanılması, 25 ədədi isə xarici dil üzrə biliklərin yoxlanılması üçün nəzərdə tutulmuşdur. Hər bir fənn üzrə tələbələrə təqdim olunana suallardan 5-i açıq tipdə olacaq. Tələbələrə İngilis, Fransız, Alman və Rus dilləri üzrə biliklərini yoxlamaq imkanı yaradılacaq.
Bu sınaq imtahanının strukturu da digər sınaq imtahanları kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi struktur modelinə uyğundur.


Dərc edilib: 07:53:43 16/01/2015