Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili
Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili

Ötən il olduğu kimi bu ilki imtahanda da iştirak edən tələbələrin yalnız 9%-ə qədərini oğlanlar təşkil etmişdir. Tələbələrin 91%-dən çoxu isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 39 olmuşdur. Məntiq üzrə orta bal 29,83 olmuşdur. Tələbələrin 50%-i Məntiq üzrə 30 və daha çox bal nəticə göstərmişdirlər. O cümlədən, 23,91% tələbənin Məntiq üzrə balı 35 və daha yüksək olmuşdur. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 18 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 23 olmuşdur. İnformatika üzrə orta bal 15,26 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 60,87%-ni təşkil etmişdir. O cümlədən, tələbələrin 13,04%-i 20 və daha çox bal toplamışdırlar. İnformatika üzrə ən aşağı bal 8 olmuşdur.
Xarici dil üzrə orta bal 15,33 olmuşdur.
Bu il ümumilikdə ən aşağı yeganə bal 37 olmuşdur.
Ötən ilki nəticələrlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz.


Dərc edilib: 08:12:36 05/03/2015