Sınaq imtahanının statistik şərhi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il fevralın 17-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində magistraturaya hazırlaşan gənclər üçün ilk dəfə olaraq magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) sınaq imtahanı keçirmişdir.
Komissiyadan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan (Bakıda 6429, Naxçıvanda 206, Gəncədə 654, Lənkəranda 109) keçmişdir.
İmtahanın keçirilməsi üçün 10 imtahan mərkəzi (Bakıda 6, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1) ayrılmışdır.
İmtahanın idarə olunması üçün 24 imtahan rəhbəri ( Bakı şəhərində 18, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 4, Lənkəran şəhərində 1), 238 nəfər nəzarətçi-müəllim ( Bakı şəhərində 184, Naxçıvan şəhərində 11, Gəncə şəhərində 38, Lənkəran şəhərində 5) cəlb edilmişdir.
Mənbə: TQDK-nın rəsmi internet səhifəsi


Dərc edilib: 19:19:58 18/02/2013