2016/2017-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarının hazırlıqlarına start verildi

2016/2017-ci tədris ili üçün Ali Təhsil Müəssisələrinin Magistratura təhsil pilləsinə qəbul imtahanlarının birinci mərhələsinə hazırlıqlara 31.08.2015 tarixdə keçirilən seminarla start verildi. Seminardan dərhal sonrakı gün isə tələbələr üçün səviyyə sınaq imtahanı keçirildi.
Sınaq imtahanı tələbələrin məntiqi təfəkkürünün inkişaf səviyyəsinin yoxlanılması üçün nəzərdə tutulmuş test tapşırıqları əsasında təşkil edilmişdi. Bu isə tələbələrin ilkin potensiallarının aşkar edilməsi və ondan düzgün istifadə edilməsi üzrə tədbirlərin görülməsinə imkan verəcək.


Dərc edilib: 16:46:52 01/09/2015