Bugün magistraturaya qəbul imtahanlarının ikinci turu keçiriləcək

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3299 nəfərini oğlanlar, 5762 nəfərini qızlar təşkil edir. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.

Mənbə: http://tqdk.gov.az


Dərc edilib: 09:53:18 05/06/2016