7-ci sınaq imtahanı sabah baş tutacaq
7-ci sınaq imtahanı sabah baş tutacaq

Sayca 7-ci olan bu sınaq imtahanının əsas məqsədi bakalavr və sonuncu kurs tələbələrinin cari tarixə qədər iştirak etdikləri dərslərdə mənimsədikləri biliklərin yoxlanılmasıdır. Sınaq imtahanında iştirakçılara 100 test sualından ibarət sual kitabçası təqdim olunacaq. Bu suallardan 50-si Məntiqi təfəkkürün yoxlanılması, 25 ədədi İnformatika üzrə biliklərin yoxlanılması, 25 ədədi isə xarici dil üzrə biliklərin yoxlanılması üçün nəzərdə tutulmuşdur. Məntiqi təfəkkürü və İnformatika üzrə bilikləri yoxlayan test tapşırıqlarından hər bir fənn üzrə tələbələrə 5 açıq tipli sual təqdim olunacaq. Xarici dili bilmə səviyyəsini yoxlayan sualların heç biri açıq tipdə olmayacaq. Tələbələrə İngilis, Alman, Rus və Fransız dilləri üzrə biliklərini yoxlamaq imkanı yaradılacaq.

Dərc edilib: 13:24:00 17/12/2016