2017-ci ilin ilk sınaq imtahanı

2017-ci ilin ilk sınaq imtahanı olan bu imtahanın əsas məqsədi bakalavr və sonuncu kurs tələbələrinin cari tarixə qədər iştirak etdikləri dərslərdə mənimsədikləri biliklərin yoxlanılmasıdır. Sınaq imtahanında iştirakçılara 100 test sualından ibarət sual kitabçası təqdim olunacaq. Bu suallardan 50-si Məntiqi təfəkkürün yoxlanılması, 25 ədədi İnformatika üzrə biliklərin yoxlanılması, 25 ədədi isə xarici dil üzrə biliklərin yoxlanılması üçün nəzərdə tutulmuşdur. Məntiqi təfəkkürü, İnformatika üzrə bilikləri, həmçinin xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırıqlarından hər bir fənn üzrə tələbələrə 5 açıq tipli sual təqdim olunacaq. Tələbələrə İngilis, Alman, Rus və Fransız dilləri üzrə biliklərini yoxlamaq imkanı yaradılacaq.
Sınaq imtahanında iştirakçılar qəbul imtahanlarında istifadə olunan tipdə test tapşırıqları əsasında öz imkanlarını dəyərləndirə biləcəklər. Bu isə onlara qəbul imtahanında uğur qazanmaq üçün əlavə bir şans verəcək.


Dərc edilib: 08:49:40 08/01/2017