Hazırlıq dövrünün 13-cü sınaq imtahanı bugün baş tutacaq.

Magistratura təhsil pilləsinə qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan tələbələrin məntiqi təfəkkür, kompüter bilikləri və xarici dili bilmə səviyyəsini müəyyənləşdirməyə imkan verəcək. Sınaq imtahanı qəbul proqramı əsasında, orta və yüksək səviyyəli suallardan istifadə olunmaqla keçirildiyindən tələbələrin bu sınaqdakı uğurlu nəticəsi onların qəbul imtahanında göstərəcəkləri nəticənin də çox uğurlu olacağına bir işarə olacaq.

Dərc edilib: 09:17:28 04/02/2017