2 aprel 2017-ci il tarixində sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Magistaratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsində təqdim etdiyi suallara uyğun suallar əsasında keçiriləcək. Bu dəfə də iştirakçılara 50 ədəd ümumi intellektin inkişaf səviyyəsini yoxlayan, 25 ədəd İnformatika üzrə bilikləri yoxlayan, 25 ədəd isəXarici dili bilmə səviyyəsini yoxlayan cəmi 100 ədəd sual təqdim ediləcək. Hər bir istiqamət üzrə suallardan 5-i açıq tipli test tapşırığı, o cümlədən Məntiq və İnformatika üzrə bilikləri yoxlayan tapşırıqlardan biri uyğunluq tipli açıq test tapşırığı olacaq.
Tələbələrin öz potensial imkanlarını düzgün qiymətləndirmələri üçün bu əla və son imkan olacaq.


Dərc edilib: 09:45:19 02/04/2017