TQDK tərəfindən nəşr edilmiş "İnformatika" dərsliyində xətalar

Vəsaitin 323-cü səhifəsində yer alan Test №2-nin 3-cü test sualında B variantının cavabı A variantının cavabının ardınca Aşağıdakı şəkildə yerləşdirilib:
A) Maqnit başlığınçapedici iynələrin
Nəticədə, test sualında variant sürüşməsi baş vermiş, bu isə sonradan tqdk.gov.az saytında yerləşdirilmiş cavablarda nəzərə alınmadığı üçün yanlış olan cavab doğru cavab kimi qeyd olunmuşdur.
İkinci xəta isə 329-cu səhifədə olan Test №3-ün 25-ci test sualının cavabının kartda səhv göstərilməsidir. Belə ki, Microsoft Outlook Express elektron poçt proqramında elektron məktub göndərildikdən sonra onun surəti cavabda göstərildiyi kimi Outbox qovluğunda deyil, Sent qovluğunda saxlanılır. Outbox qovluğu isə yalnız məktubun göndərilmə prosesi ərzində onu özündə saxlayır.


Dərc edilib: 21:34:51 19/02/2013