Bugün 2017-2018-ci tədris ili üzrə Magistratura təhsil pilləsinə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək
Bugün 2017-2018-ci tədris ili üzrə Magistratura təhsil pilləsinə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək

Artıq 4 həftədir ki, magistraturaya hazırlıq prosesi davam edir və bu 4 həftə ərzində hazırlaşan tələbələrin onlara tədris olunan fənlər üzrə göstəricilərinin necə dəyişməsini müəyyən etmək zamanı gəlib çatmışdır. Odur ki, bu gün keçiriləcək sınaq imtahanında iştirak edən hər bir tələbə hazırlığa başladıqdan bu yana keçən dövrdə öz bilik və bacarıqlarını necə inkişaf etdirdiyini bu sınaq imtahanının nəticəsində öyrənə biləcək. Sınaq imtahanı, həmçinin, tələbələr üçün onlarda olan çatışmazlıqları aşkar etmək və növbəti həftələr ərzində bu çatışmazlıqları aradan qaldırmaq üçün də böyük əhəmiyyət daşıyır.
Bütün sınaq imtahanı iştirakçilarına imtahanda uğurlar arzulayıram! Əlavə etmək istəyirəm ki, sınağın uğurlu nəticəsi onlar üçün stimulverici amil olduğu kimi, uğursuz nəticə isə vaxtında verilmiş və ibrət götürüləcək dərsdir.


Dərc edilib: 05:13:01 01/10/2017