18 noyabr 2018-ci il tarixdə mərkəzimizdə sınaq imtahanı təşkil olunacaq

Əvvəlki illərdəki ənənəmizə sadiq qalaraq bu il də ardıcıl olaraq keçirilən sınaq imtahanlarımızın 5-cisi məhz 18 noyabr tarixində baş tutacaq. Sınaq imtahanında bakalavrların məntiqi təfəkkürünün inkişaf səviyyəsini, informatika və xarici dil biliklərini yoxlayan suallar təqdim olunacaq. Xarici dili bilmə səviyyəsini 4 xarici dil - İngilis, Rus, Fransız və Alman dilləri üzrə suallarla yoxlamaq imkanı yaradılmışdır.
Sınaq imtahanı yalnız Azərbaycan bölməsi üzrə keçiriləcəkdir.
Sualların sayı və tipi bakalavrların ayrı-ayrı bölmələr üzrə biliklərini və yaradıcı düşünmə qabiliyyətləri real qiymətləndirməyə imkan verəcək.
Hörmətli bakalavrlar! Sizə bu sınaq imtahanında uğurlar arzu edirik!


Dərc edilib: 09:31:46 15/11/2018