Mərkəzimizdə yay seminarları təşkil olunacaq

"Access to Success" Hazırlıq Mərkəzi hər zaman olduğu kimi tələbələrə qarşılarına qoyduqları məqsədə çatmaq üçün öz dəstəyini verməyə hazırlaşır. Bu məqsədlə yay tətili günlərində ödənişsiz seminarlar təşkil etməklə Magistratura pilləsinə qəbul olmağı planlaşdıran tələbələrin imtahanlara daha effektiv şəkildə hazırlaşmaları üçün fürsət təqdim edir.
Seminarlarda, əsasən, əvvəlki illərdə müvafiq imtahanlarda istifadə edilmiş sual tiplərinin izahı veriləcək. Eyni zamanda, yeni informasiyalara yiyələnmək üçün ən uyğun resurslar və onlardan düzgün istifadə qaydaları göstəriləcək.
Seminarlar ərzində namizədlər öz potensiallarını qiymətləndirmək imkanı da əldə edəcəklər.


Dərc edilib: 19:57:43 05/07/2019