SEÇİLMİŞ XƏBƏR


Ali təhsilin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatıb
Ali təhsilin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatıb

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 23:59-da başa çatıb. 6401 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, yalnız 6336 nəfər ərizəsini təsdiq edib. Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrların siyahısı TQDK-ya təqdim olunduqdan sonra ümumi müsabiqə aparılacaq və nəticələr elan olunacaq. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrlar ümumi müsabiqədə iştirak etmək hüququnu itirirlər.

Xatırladırıq ki, müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.

Mənbə: TQDK


Dərc edilib: 14:37:49 20/06/2016







İSTİFADƏÇİ BÖLMƏSİ

 Giriş
İstifadəçi adı:
Parol:
Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmuşam




ƏLAQƏ MƏLUMATI

Üzv olmaq üçün aşağıdakı kartdan əldə edin. Kartlar pulsuzdur. Əlavə məlumat üçün: magistr@ccess.info poçtuna yazın, yaxud Access-to-Success səhifəsinə şərh yazın.

Kartda sol yuxarı küncdə kart nömrəsi, ortada İD kodu göstərilib

wpa0c68c35.png wpce603045.png

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2016