SEÇİLMİŞ XƏBƏR


Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili
Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin yalnız 5%-ə qədərini oğlanlar təşkil etmişdir. Tələbələrin 95%-dən çoxu isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 49 olmuşdur. Məntiq üzrə orta bal 35,57 olmuşdur. Tələbələrin 73,91%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək olmuşdur. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 25 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 24 olmuşdur. İnformatika üzrə orta bal 15,09 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 65,22 %-ni təşkil etmişdir. İnformatika üzrə ən aşağı bal 8 olmuşdur.
Xarici dil üzrə ən yüksək bal 24, orta bal 14,43 olmuşdur.
Tələbələrin 65,23 %-i ümumilikdə 60 və daha yuxarı bal toplamışdır. Onlardan 39,14%-nin balı isə 70 və daha yüksək, o cümlədən, 17,4%-nin balı 80-dən yüksək olmuşdur.
Bu il ümumilikdə ən yüksək bal 95, ən aşağı bal isə 42 olmuşdur.
Ötən ilki nəticələrlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz.


Dərc edilib: 19:13:20 11/04/2017







İSTİFADƏÇİ BÖLMƏSİ

 Giriş
İstifadəçi adı:
Parol:
Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmuşam




ƏLAQƏ MƏLUMATI

Üzv olmaq üçün aşağıdakı kartdan əldə edin. Kartlar pulsuzdur. Əlavə məlumat üçün: magistr@ccess.info poçtuna yazın, yaxud Access-to-Success səhifəsinə şərh yazın.

Kartda sol yuxarı küncdə kart nömrəsi, ortada İD kodu göstərilib

wpa0c68c35.png wpce603045.png

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2016