SEÇİLMİŞ XƏBƏR


AMEA-da 15 sentyabr ‒ Bilik Gününə həsr olunan toplantı keçirilib
AMEA-da 15 sentyabr ‒ Bilik Gününə həsr olunan toplantı keçirilib

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyada magistratura təhsilinin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edib. Elm və təhsilin inteqrasiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran AMEA rəhbəri biliklər cəmiyyətində ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının ölkədə təhsil və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb. AMEA-da magistratura təhsilinin əsasının qoyulması ilə bağlı kompleks tədbirlərdən danışan akademiyanın prezidenti bu sahədə görülən işlərin ölkədaxili və beynəlxalq əməkdaşlıq səviyyəsində həyata keçirildiyini deyib. İki il öncə fəaliyyətə başlayan magistratura pilləsinin AMEA-nın elmi müəssisələrində təhsil alan gənclərin gələcək fəaliyyətlərinə müsbət təsir göstərdiyini, dünya elminə inteqrasiya imkanı qazanaraq elmi potensiallarını gücləndirməyə şərait yaradıldığını bildirib.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olduğunu deyən AMEA-nın müxbir üzvü Ə.Sadıqov bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavrın iştirak etdiyini vurğulayıb. Gənclərin
Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən institutun İdarəetmə Sistemləri İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İnformasiya Texnologiyaları İnstitutundan olduğunu deyib.

Daha sonra akademik Akif Əlizadə tərəfindən AMEA-nın magistrantlarına tələbə biletləri, qiymət kitabçaları eyni zamanda internetdən və elektron dərs vəsaitlərindən sərbəst istifadə üçün planşet təqdim edilib.

Qeyd edim ki, 2017-ci ildə AMEA-ya qəbul olan tələbələr arasında ikinci ən yaxşı nəticəni isə 135 bal toplayaraq İntellektual sistemlər ixtisasına daxil olmuş Gəncə Dövlət Universitetinin 2017-ci il məzunu olan Məlikzadə Zümrüd İmran qızı göstərmişdir. Bu uğuruna görə tələbəmi səmimi qəlbdən təbrik edir və fəaliyyətində daha böyük müvəffəqiyyətlər arzu edirəm.

Mənbə: www.science.gov.az


Dərc edilib: 17:18:47 15/09/2017







İSTİFADƏÇİ BÖLMƏSİ

 Giriş
İstifadəçi adı:
Parol:
Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmuşam




ƏLAQƏ MƏLUMATI

Üzv olmaq üçün aşağıdakı kartdan əldə edin. Kartlar pulsuzdur. Əlavə məlumat üçün: magistr@ccess.info poçtuna yazın, yaxud Access-to-Success səhifəsinə şərh yazın.

Kartda sol yuxarı küncdə kart nömrəsi, ortada İD kodu göstərilib

wpa0c68c35.png wpce603045.png

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2016