SEÇİLMİŞ XƏBƏR


Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi üzrə tələbələrimizin nəticələrinin statistik təhlili
Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi üzrə tələbələrimizin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin yalnız 15%-ni oğlanlar təşkil etmişdir. Tələbələrin 85%-i isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 44 olmuşdur. Məntiq üzrə orta bal 32,14 olmuşdur. Tələbələrin 59,09%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək, o cümlədən, 22,73%-nin nəticəsi 40 baldan yüksək olmuşdur. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 16 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 23 olmuşdur. İnformatika üzrə orta bal 15,91 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 77,27%-ni təşkil etmişdir. İnformatika üzrə ən aşağı yegənə bal 6 olmuşdur.
Xarici dil üzrə orta bal 15,5 olmuşdur.
Tələbələrin 68,18%-i ümumilikdə 60 və daha yuxarı bal toplamışdır. Onlardan 40,91%-nin balı 70-dən yüksək, o cümlədən 13,64%-nin nəticəsi 80 bal və daha yüksək olmuşdur.
Bu il ümumilikdə ən yüksək bal 88 olmuş və bu nəticəni toplamağa iki nəfər müvəffəq olmuşdur. Bu ilin ən aşağı yeganə balı isə 34 olmuşdur.
Ötən ilki nəticələrlə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz.


Dərc edilib: 14:43:45 01/03/2019







İSTİFADƏÇİ BÖLMƏSİ

 Giriş
İstifadəçi adı:
Parol:
Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmuşam




ƏLAQƏ MƏLUMATI

Üzv olmaq üçün aşağıdakı kartdan əldə edin. Kartlar pulsuzdur. Əlavə məlumat üçün: magistr@ccess.info poçtuna yazın, yaxud Access-to-Success səhifəsinə şərh yazın.

Kartda sol yuxarı küncdə kart nömrəsi, ortada İD kodu göstərilib

wpa0c68c35.png wpce603045.png

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2016