Ali təhsil müəssisələrinin magistratura mərhələsinin ixtisaslaşma seçimi bugün başlayır.

Magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsinin nəticəsində 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilmiş, ümumi balına qoyulan tələblər dəyişməmişdir.
Qalan proqramlar üzrə minimal ballar isə dəyişdirilməmişdir.
Ümumiyyətlə, müsabiqə şərtləri ilə bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.
İxtisaslaşma seçimi üçün bu linkə keçin


Dərc edilib: 10:13:14 27/06/2013