Məntiq testlərinin yeni nəşri işıq üzü görmüşdür

«Abituriyent» jurnalının xüsusi buraxılışı olan məntiq testlərinin yeni nəşri işıq üzü görmüşdür. Vəsaitdə təqdim olunmuş testlər məntiqi-riyazi, sözlə bağlı (verbal), fiqurla bağlı test tapşırıqlarıdır. Vəsaitdə, həmçinin model testləri, təqdim olunmuş test suallarının düzgün cavabları, imtahanlara hazırılıq və onun psixoloji məqamları, məntiqi təfəkkürün inkişaf səviyyəsinin müəyyən edilməsi üzrə testə hazırlığa dair məsləhətlər öz əksini tapmışdır.
Vəsaitdən ali təhsil müəssisələrinin məzunları, tələbələr, magistraturaya və vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlar, abituriyentlər, yuxarı sinif şagirdləri və ümumiyyətlə, məntiq məsələləri ilə maraqlanan bütün şəxslər istifadə edə bilərlər.


Dərc edilib: 13:52:22 20/12/2013