Magistr xüsusi buraxılışının I sayı çap olunmuşdur

Buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə aşağıdakı materiallar da təqdim olunur:

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı, test tapşırığı nümunələri və açıq tipli test tapşırığı nümunələri;

Xarici dillər üzrə qəbul imtahanı proqramları;

İnformatika üzrə qəbul imtahanı proqramı;

Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar.

Qeyd: 2014-cü ildə magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün


Dərc edilib: 18:39:35 27/12/2013