02.02.201-cü il tarixdə sayca 8-ci sınaq imtahanı baş tutacaq

Bu dəfə keçiriləcək sınaq imtahanının fərqli cəhəti onun magistraturaya qəbul imtahanlarının I mərhələsinin bütün detallarını özündə tam əks etdirməsidir. Belə ki, istər məntiqi təfəkkürü yoxlayan suallar, istər İnformatika üzrə bilikləri yoxlayan suallar, istərsə də Xarici dili bilmə səviyyəsini müəyyənləşdirən suallar olsun TQDK-nın qəbul proqramına tam uyğun şəkildə təqdim olunduğundan sınaq nəticələri tələbələrin biliklərini tam obyektiv şəkildə əks etdirəcək.
Sınaqda təqdim olunanan test tapşırıqlarının hər bölməsi üzrə 5 açıq tipli sual da həll olunması üçün tələbələrin ixtiyarına veriləcək. Xüsusən, xarici dil üzrə ilk dəfə açıq tipli test tapşırığı işləyən tələbələr üçün bunun daha maraqlı olacağı gözlənilir.
Sınaqda iştirak edən tələbələrə sualları cavablandırarkən ilk növbədə diqqətli olmaları məsləhət görülür. Əsasən də, açıq tipli test tapşırıqlarında sualların hər bir bəndini diqqətlə oxuyub analiz etmələrinin onlara uğur gətirəcəyinə əmin olsunlar.


Dərc edilib: 14:30:13 01/02/2014