Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili

Bu ilki imtahanda iştirak edən tələbələrin yalnız 9%-ə qədərini oğlanlar təşkil etmişdir. Tələbələrin 91%-dən çoxu isə qızlar olublar.
Qəbul imtahanının birinci mərhələsində iştirak edən tələbələrimin nəticələrinin təhlili aşağıdakı statistik göstəricilərin əldə edilməsi ilə nəticələnmişdir.
Məntiq üzrə toplanan ən yüksək bal 39 olmuşdur. Tələbələrin 52,95%-i isə Məntiq üzrə 30 və daha çox bal nəticə göstərmişdirlər. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 16 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 22 olmuşdur. İnformatika üzrə orta bal 16,53 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 76,47%-ni təşkl etmişdir. O cümlədən, tələbələrin 17,65%-i 20 və daha çox bal toplamışdırlar. İnformatika üzrə ən aşağı yeganə bal 9 olmuşdur.
Xarici dil üzrə orta bal 14,12 olmuşdur.
Bu il ümumilikdə ən aşağı bal 44 olmuşdur.
Ötən ilki nəticələrlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz.


Dərc edilib: 21:08:58 07/03/2014