Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı

2014-cü ildə magistratura səviyyəsinə qəbul 59 proqram üzrə aparılır və 6565 plan yeri ayrılmışdır. İmtahanda iştirak edən 9809 bakalavrdan 7504 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 141 bal olmuşdur.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 29-dan iyunun 1-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Mənbə:tqdk.gov.az


Dərc edilib: 10:41:39 28/05/2014