Magistraturaya hazırlaşanlar üçün növbəti sınaq imtahanı 12.10.2014-cü il tarixdə baş tutacaq

Keçirilən sınaq imtahanı iştirakçıların biliklərini obyektiv qiymətləndirmələri və imtahan mühitini hiss etmələri üçün əsl imkandır. Bu imkandan istifadə edənlər özlərinin güclü və zəif tərəflərini müəyyənləşdirə biləcəklər. Sınaq imtahanında təqdim olunacaq sualların əhatə etdiyi bölmələr və onların qoyuluş tərzi, həmçinin test tapşırıqlarının tipi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi modellərlə uyğunluq təşkil edir. Bu isə iştirakçıların bilikərini yoxlamaqla yanaşı onlara imtahan təcrubəsi də qazandırır.

Dərc edilib: 21:24:19 10/10/2014