Magistr jurnalının 1-ci sayı işıq üzü gördü.

Magistr jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və İnformatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti sayında dərc olunacaqlar.
Habelə, mənbədə bildirilir ki, Magistraturaya sənəd qəbulu 2015-ci ilin fevral ayında aparılacaq. Qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi fevral ayında, ikinci mərhələsi isə ali təhsil müəssisələrində buraxılış imtahanlarından əvvəl - aprel və ya may ayında keçiriləcəkdir.


Dərc edilib: 19:32:24 27/12/2014