Sabah növbəti sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı iştirakçıların hazırlıq səviyyəsinin real qiymətləndirilməsi üçün tələb olunan bütün detallar nəzərə alınmaqla təşkil olunmuşdur. Sualların tərzi və çətinlik səviyyəsi iştirakçıların üstün və zəif tərəflərinin müəyyən edilməsinə imkan verəcəkdir ki, bununla da iştirakçılar növbəti imtahanlarda daha yaxşı nəticələr göstərmək üçün hazırlığı necə davam etdirməli olduqlarını müəyyənləşdirə biləcəklər. Odur ki, iştirakçılara sabahkı imtahanda uğurlar arzu edirik!

Dərc edilib: 22:38:06 14/11/2015