Son sınaq imtahanı

Sınaq imtahanı həm sualların səviyyəsi, həm sualların tipi, həm sual kitabçasının, həm də cavab kartının tərtibatı baxımından qəbul imtahanına maksimum uyğunlaşdırılmışdır. Nəticədə imtahan iştirakçılarına 50 məntiq (5-i açıq tipli olmaqla), 25 informatika (5-i açıq tipli olmaqla) və 25 xarici dil (5-i açıq tipli olmaqla) üzrə suallar təqdim olunmuşdur. Beləliklə, imtahanqabağı bakalavrlar son dəfə öz hazırlıq səviyyələrini yoxlamaq imkanı əldə etmişlər. İmtahan yekunlaşdıqdan sonra cavab kartları dərhal yoxlanmış və nəticələr tələbələrin saytımızdakı hesablarına yerləşdirilmişdir.

Dərc edilib: 19:35:35 28/02/2016