Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin yalnız 18%-ə qədərini oğlanlar təşkil etmişdir. Tələbələrin 82%-dən çoxu isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 34 olmuşdur. Məntiq üzrə orta bal 25,73 olmuşdur. Tələbələrin 57,57%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək olmuşdur. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 16 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 22 olmuşdur. İnformatika üzrə orta bal 17,15 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 81,82%-ni təşkil etmişdir. O cümlədən, tələbələrin 24,24%-i 20 və daha çox bal toplamışdırlar. İnformatika üzrə ən aşağı bal 9 olmuşdur.
Xarici dil üzrə orta bal 13,55 olmuşdur.
Tələbələrin 45,5%-i ümumilikdə 60 və daha yuxarı bal toplamışdır. Onlardan 6,1%-nin balı isə 70 və daha yüksək olmuşdur.
Bu il ümumilikdə ən aşağı yeganə bal 35 olmuşdur.
Ötən ilki nəticələrlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz.

Qeyd: statistika ancaq tələbələrin nəticələri üzrə aparılmışdır.


Dərc edilib: 17:22:33 11/03/2016