20.10.2019-cu il tarixdə mərkəzimizdə sınaq imtahanı keçiriləcək

Magistratura təhil pilləsinə hazırlaşan bakalavr və sonuncu kurs tələbələrinin hazırlıq səviyyələrinin qiymətləndirilməsi və onlarda imtahan təcrübəsinin formalaşdırılması məqsədilə 20.10.2019-cu il tarixində "Access to Success" Hazırlıq Mərkəzində sınaq imtahanı təşkil olunacaq. Sınaq imtahanında namizədlərin məntiqi təfəkkürünün inkişaf səviyyəsini yoxlayan 50 test tapşırığı, Kompüter biliklərini yoxlayan 25 test tapşırığı və Xarici dil biliklərini yoxlayan 25 test tapşırığında ibarət 100 suallıq sual kitabçası təqdim ediləcək. Hər sahə üzrə sualların 5 ədədi açıq tipli olacaq.

Dərc edilib: 15:21:33 19/10/2019