Mərkəzimizdə psixoloji seminar

Hazırlıq Mərkəzimizin əsas məqsədi müdavimlərimizi yüksək hazırlıq səviyyəsinə çatdırmaqla imtahanlara hazırlamaqdır. Bu mənada imtahana psixoloji cəhətdən hazır olmaq da cox vacibdir.
Artıq əvvəlki iki ildə keçirilən qəbul imtahanları ərəfəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoyun Hazırlıq Mərkəzimizdə seminarı təşkil edilmişdir. Birgə effektiv fəaliyyətimiz nəticəsində müdavimlərimiz yüksək ballar toplamaqla Respublikamızın aparıcı Ali Təhsil Müəssisələrinin Magistraturalarına qəbul olmağı bacarmışdır.
Məlum olduğu kimi 2021/2022-ci tədris ili üzrə Ali Təhsil Müəssisələrinin Magistraturalarına qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 28 fevral 2021-ci il tarixində keçiriləcəkdir. Müdavimlərimizin imtahan streslərini azaltmaq və motivasiyalarını artırmaq məqsədilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoyu 27 fevral 2021-ci il tarixdə “Access to Success” Hazırlıq Mərkəzinə dəvət edilmişdir. Dəvətə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbərliyi tərəfindən müsbət cavab verilmişdir.


Dərc edilib: 07:54:58 24/02/2021