Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi üzrə tələbələrimizin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin yalnız 4,3%-ni oğlanlar təşkil etmişdir. Tələbələrin 95,7%-i isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 46 olmuşdur. Məntiq üzrə orta bal 32,88 olmuşdur. Tələbələrin 76,92%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 18 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 21 olmuşdur. İnformatika üzrə orta bal 13,58 olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 38,46%-ni təşkil etmişdir.
Xarici dil üzrə orta bal 12,91 olmuşdur.
Tələbələrin 46,15%-i ümumilikdə 60 və daha yuxarı bal toplamışdır.
Bu il ümumilikdə ən yüksək nəticə göstərən tələbəmiz 87 bal toplaya bilmişdir. Tələbələrin orta balı 59,13-ə bərabər olmuşdur. Bu ilin ən aşağı nəticə göstərən tələbəsi 37 bal toplamışdır.
Ötən illərdəki nəticələrlə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz.


Dərc edilib: 12:44:51 03/03/2021