Hazırlıq dövrünün son sınaq imtahanı

Sentyabr ayından indiyədək keçirilmiş 7 sınaq imtahanları sırasına bugün yeni bir sınaq imtahanı da daxil olur. Qəbul imtahanına bir həftə qalmış keçirilən bu imtahan tələbələrin öz biliklərini qiymətləndirmələri və qəbula nə dərəcədə hazır olmaları barədə məlumat almaq üçün son imkandır.
Bugünədək keçirilən sınaq imtahanlarında yüksək nəticələr göstərənlər üçün öz nəticələrini qorumaq və aşağı nəticəlilərin isə nəticələrini yüksəltmək bugünkü imtahanda tələbələrin əsas məqsədidir. Əlbəttə ki, bunun da öz real səbəbləri var. Belə ki, ötən illərin statistikası göstərir ki, sınaq imtahanlarında tələbələr tərəfindən toplanan ballar qəbul imtahanında da əksər hallarda təkrarlanır. Odur ki, bugün və sabah keçirilən sınaq imtahanlarında iştirak edən bütün tələbələrimizə uğurlar arzulayırıq.


Dərc edilib: 09:23:59 23/02/2013