Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başladı
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başladı

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2021-ci il aprelin 30-dan mayın 8-dək internet vasitəsi ilə aparılır.
021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2021-ci il mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Mənbə: Dövlət İmtahan Mərkəzinin rəsmi veb saytı


Dərc edilib: 09:58:50 30/04/2021