Bugün hazırlıq mərkəzimizdə sınaq imtahanı günüdür!

Sınaq imtahanları tam olaraq müvafiq sahələr üzrə qəbul imtahanına uyğunlaşdırılmışdır. Belə ki, Lisey və Gimnaziyalara qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanına 5, 6 və 7-ci sinif şagirdləri üçün Azərbaycan dili, Riyaziyyat və Məntiq üzrə hər birində bərabər sayda olmaqla ümumilikdə 60 sual daxil edilmişdir. Sınaq imtahanı 10:00-da başlamış və 12:00-da yekunlaşması nəzərdə tutulmuşdur.
Paralel olaraq baş tutan Magistraturalara qəbul imtahanlarının sınaq imtanı üçün isə bakalavrlara 100 sual təqdim edilmişdir. Bu suallardan 25-i onların xarici dili bilmə səviyyəsini yoxlamaq, 25-i İnformatika üzrə biliklərini,50-si isə Məntiqi təfəkkürlərinin inkişaf səviyyəsini müəyyənləşdirmək üçün olan suallardır.
Hər fənn üzrə bakalavrlara 5 ədəd açıq tipli sual təqdim edilmişdir. Xarici dillər üzrə isə 5 sualı əhatə edən dinləmə mətni də sınağa daxil eilmişdir. Bugün baş tutan sınaqda bakalavrların İngilis, Fransız və Rus dilləri üzrə biliklərini yoxlamaq imkanı yaradılmışdır.


Dərc edilib: 10:58:48 02/05/2021