Magistraturaya qəbul imtahanları üzrə tələbələrimizin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin 21,73%-ni oğlanlar təşkil etmişdir. Tələbələrin 78,27%-i isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 43 olmuşdur. Məntiq üzrə orta bal 31,83, moda 31, median isə 33 bal olmuşdur. Tələbələrin 55,56%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək olmuşdur.
İnformatika üzrə ən yüksək bal 22 olmuşdur. İnformatika üzrə orta bal 15,83, moda 18, median isə 16 bal olmuşdur. Ümumiyyətlə, 15 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 58,70%-ni təşkil etmişdir.
Xarici dil üzrə orta bal 10,71 olmuşdur.
Tələbələrin 47,83%-i ümumilikdə 60 və daha yuxarı bal toplamışdır.
Tələbələrin orta balı 56,83-ə bərabər olmuşdur.


Dərc edilib: 17:52:31 27/02/2022