Magistraturaya qəbul imtahanları üzrə tələbələrimizin nəticələrinin statistik təhlili

İmtahanda iştirak edən tələbələrin 24,24%-ni oğlanlar təşkil etmişdir. Tələbələrin 75,76%-i isə qızlar olublar.
Məntiq üzrə toplanan ən yüksək bal 50 olmuşdur. Məntiq üzrə orta bal 35,97 olmuşdur. Tələbələrin 84,85%-i Məntiq üzrə nəticəsi 30 bal və daha yüksək, o cümlədən 30,30%-I 40 bal və daha yüksək olmuşdur. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 25 olmuşdur.
İnformatika üzrə ən yüksək bal 24 olmuşdur. İnformatika üzrə orta bal 18,48 olmuşdur. Ümumiyyətlə, 20 bal və daha yuxarı nəticə göstərənlər bütün tələbələrin 43,75%-ni təşkil etmişdir.
Xarici dil üzrə orta bal 10,29 olmuşdur.
Tələbələrin 75,76%-i ümumilikdə 60-dan yuxarı bal, o cümlədən, 30,30%-i 70-dən yüksək bal toplamışdır.
Bu il ümumilikdə ən yüksək nəticə göstərən tələbəmiz 85 bal toplaya bilmişdir. Tələbələrin orta balı 64,74-ə bərabər olmuşdur. Bu ilin ən aşağı nəticə göstərən tələbəsi 39 bal toplamışdır.


Dərc edilib: 18:23:51 22/02/2023