Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinin statistik təhlili

Qəbul imtahanının birinci mərhələsində iştirak edən tələbələrimin nəticələrinin təhlili aşağıdakı statistik göstəricilərin əldə edilməsi ilə nəticələnmişdir.
Məntiq üzrə toplanan ən yüksək bal 44 olmuşdur. 40 və daha çox bal toplayanlar isə bütün tələbələrin 13,89%-ni təşkil etmişdir. Tələbələrin 27,78%-i isə Məntiq üzrə 35-39 bal arası nəticə göstərmişdirlər. Məntiq üzrə toplanan ən aşağı yeganə bal 23 olmuşdur. Daha 2 nəfər isə 24 bal nəticə göstərmişdir.
İnformatika üzrə ən yüksək bal 21 olmuş və bu balı toplamağa 3 nəfər müvəffəq olmuşdur. Ümumiyyətlə, 19 baldan yuxarı nəticə göstərənlər bütün tələbələrin 11,11%-ni təşkl etmişdir. Tələbələrin 36,11%-i isə 15-19 bal intervalında nəticə göstərmişdirlər. İnformatika üzrə ən aşağı yeganə bal 8 olmuş, daha iki nəfər isə 9 balla aşağı nəticə göstərənlər sırasına daxil olmuşlar.
Xarici dil hazırlığı mənim sahəmə aid olmadığı üçün nəticələri açıqlamağı vacib bilmədim.
Bu il də ümumilikdə ən aşağı bal 40 olmuşdur.


Dərc edilib: 08:52:57 08/03/2013